İlkər Başbuğdan şok sözlər - 15 İyul hərbi çevriliş deyil

Hit: 3182
İlkər Başbuğdan şok sözlər - 15 İyul hərbi çevriliş deyil

Türkiyənin sabiq baş qərargah rəisi İlkər Başbuğ dünən CNN TÜRK-də yayımlanan 'Tərəfsiz bölgə' siyasi verilişinin qonağı olub və ölkədə son günlər baş verən hadisələrə münasibət bildirib.

Faktor.az bildirir ki, İ,Başbuğ 15 iyul və ertəsi günü Türk xalqının qədər günü adlandırıb: 15 iyul və ertəsi gün əsgər,polis və sivil daxil olmaqla Türkiyə 239 şəhid verdi. Bu çox ağır nəticədir. Qarşı-qarşıya qaldığımız çox vahiməli vəziyyət var. Mən bunu çevriliş cəhdi kimi görmürəm. Türk ordusu keçən əsr də dəfələrlə hərbi çevriliş və buna cəhd edib. 1980-ci il çevrilişi ordu ierarxiyasının bütün üzvlərinin qatıldığı bir çevriliş idi. 1960-cı il çevrilişi isə ordu içində nüfuzu olan bir qrupdan ibarət generaldan ibarət xuntanın çevrilişi idi. Doğrudur 15 iyulda da bu işi xunta reallaşdırmaq istədi. Amma 27 may çevrilişini edənlər xaricdən heç bir dəstək almadan bu işi gördülər. 15 iyulda isə orduya sızan F.Gülən və xaricdən əmr alan bir qrup hərbçinin silahlı hərakatı idi'. İ. Başbuğ 15 iyul olaylarının hərbi çevriliş olmadığını bildirib.

Başbuğun sözlərinə görə, bu, Gülən camaatının silahlı çevriliş hərəkatı idi: "15 iyulu hərbi çevriliş olaraq dəyərləndirmirəm. Bu, Gülən camaatının silahlı çevriliş hərəkatı idi. Çevrilişin arxasında 3 qrup var. 15 iyulu planlaşdıran, həyata keçirən Gülən camaatıdır. İkinci qrup böyük ehtimalla vaxtında edilməsi gərəkəni eləməyən, gecikən, tərəddüdə düşənlərdir. Bunlar camaatçı deyillər. Üçüncü qrup da camaatçı deyil, buna rəğmən vəziyyətdən istifadə etmək istəyənlərdir"

Açıqlamanın daha bir maraqlı məqamı İlkər Başbuğun Gülən camaatı ilə Türkiyə prezidentinin təkbaşına mübarizə apardığını söyləməsidir. Türkiyədə 26-cı Baş Qərargah rəisi olmuş İlkər Başbuğ Rəcəb Tayyib Ərdoğanın 2012-216-cı illər arasında Gülən camaatına qarşı təkbaşına savaşdığını və tək buraxıldığını deyib. 

 









Redaktorun seçimi