Qadınların hüquqlarını məhdudlaşdıran - Ölkələr - FOTOLAR

Hit: 509
Qadınların hüquqlarını məhdudlaşdıran - Ölkələr - FOTOLAR

Qadınların seçkidə səs vermə hüququnu məhdulaşdıran ölkələr:

Bruney – ölkədə hakimiyyət sultana məxsusdur. Parlamentə seçki ləğv edilib, parlament üzvlərini isə sultan özü seçir. Yerli seçkilər keçirilir və qadınlar kişilərlə bərabər 18 yaşından səs vermə hüququna malikdirlər.

Livan – qadınların seçkidə səs vermə hüququ məhdudlaşdırılmışdır.Kişilərdən fərqli olaraq , qadınlar ibtidai təhsil haqqında şəhadətnamə təqdim etməlidirlər. Səs vermə kişilər üçün mütləqdir, qadınlar üçün istə istəkdən aslı olaraq.

Səudiyyə Ərəbistan – bütünlüklə monarxiyadır. Yerli seçkilərdə belə qadınlar səs vermə hüququndan məhrumdurlar. İlk dəfə yerli seçkilər Səudiyyə Ərəbistanda 2005-ci ildə baş tutub. Qadınlar bu seçkidə iştirak etməyiblər. 2009-cu ildə qadınların seçkidə səs vermə hüquqlarının qanunvericiliyə əlavə olunması gözlənilirdi, amma hələdə bir dəyişiklik edilməyib. 2011-ci ildə qadınların seçkidə iştirak etməsinə 2015-ci ildən icazə verilib.

Birləşmiş Ərəb Əmirlikləri – Qadınlar və kişilər üçün seçkidə səs vermə hüququ mədudlaşdırılıb. 2011-ci ilin seçkilərində əhalinin 12% (həm qadınlardan həm kişilərdən),s əs vermə hüququna malik olub.

Vatikan – Müqəddəs Prestol tərəfindən idarə olunan monarxiyadır. Müqəddəs Prestolun dayağı əlində qanunvericilk, icra və məhkəmə hakimiyyətinə malik olan Pim Papasıdır ki, onuda kardillar tərəfindən ömürlük seçilir. Kardinal ancaq kişi ola biləcəyinə görə, qadınların səs vermə hüquqları yoxdur.

Tarixə nəzər salsaq görərik ki,  1893-cü ildə Yeni Zelandiya qadınlara seçki hüququ verən ilk dövlət oldu. Avropada qadınlara ilk seçki hüququnu verən ölkələr sırasında ilk yerləri Norveç, Finlandiya, İslandiya tutur. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununlada, Azərbaycan şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.

Elvira İsmayılova

1
1
1
1








Redaktorun seçimi