Oğlanların Qızlarda Sevdiyi 10 Top Özəllik

Qızlar, DİQQƏT! Nəhayət ki, Ağ atlı şəhzadənizə qovuşduracaq 10 Qızıl Məsləhəti sizə hədiyyə edirik. Dərin nəfəs alın.. və başladıq!
1. Oğlanlar yapışqan olmayan qızları sevir
Əgər sevgilinizə hər 10 dəqiqədən bir: “Canım, səndən ötrü çoox darıxıram. Sən də darıxırsan mənim üçün?” yazan qızlardansızsa, eləməyin elə şeylər. Başlanğıcda şirin səslənsə də, siz bu cür davam etdikcə onu özünüzdən bezdirəcəksiz və o əslində sizin onun üçün darıxdığınızı deyil, sadəcə diqqətdə olmaq istədiyinizi düşünəcək. Bu ümidsizlik onu itirməyinizə səbəb ola bilər.
2. Oğlanlar onları yüksək qiymətləndirən qızları sevir
Aydın məsələdi, oğlanlar sizin qədər həssas varlıqlar deyil. Lakin onların sizin üçün gözəl bir şeylər etmək cəhdlərini gördükdə, necə lazımdır yüksək qarşılayın. Sizin üçün önəmli bir şey etməsələr belə, onlar öz aləmlərində böyük addım atdıqlarını düşünürlər və əsas olan da elə onların sizi düşünməkləridir. Əksi halda, oğlanlar heç nəyi bəyənməyən qızlardan tez soyuyurlar.
3. Oğlanlar bir dəfədə bütün parfüm qutusunu istifadə ETMƏYƏN qızları xoşlayır
Parfüm istifadə etməsəz, oğlanların gözündə daha cazibədar görsənəcəyinizi demirik. Qızlar, sadəcə, dediyimiz odur ki, yüngül parfüm qoxusu hər zaman həddindən artıq şirin qoxan parfüm istifadəsindən daha çox məqsədə uyğundur.
4. Oğlanlar az makyaj istifadə edən qızları bəyənir
Çox qızlar makyajsız olarkən özlərini çəkingən hiss edir. Lakin narahat olmayın, oğlanlar sizin gözəl görünməniz və eləcə də özünüzü gözəl hiss etməyiniz üçün normal makyaj etməyinizi müsbət qarşılayır. Lakin sizə baxarkən real sizi görmək istəyirlər, liner`la qaraldılmış “vampir” gözləri deyil. (Hamınıza aid deyil
5. Oğlanlar gözəl görünməkdən əlavə başqa işlərdə bacarıqlı olan qızları xoşlayır
Rəngli həyatları və hobbiləri olan qızlar daha arzuolunanlardır. Məsələn, mahnı oxuyan, rəqs edən, kikboks bacaran, violençel ifa edə bilən və ya surfing bacaran qızlar daha cazibədar görsənir. Ona görə də qızlar, yaxşı olduğunuz işlərdən zövq almağı bacarın və öz həyatınızı yaradın. Oğlanlar sizin üçün bir məqsəd olmamalıdır və həyatınız boyunca onlarl gözləməklə vaxtınızı itirməyin. Onlar özü sizi tapacaq!
6. Oğlanlar “Panikatak” olmayan qızları üstün tutur
Siz daima belə təlaşlı olduğunuz müddətcə, heç bir oğlan sizə yaxın durmaq istəməyəcək. Bundan əmin olun. Təsəvvür edin, planda kiçik dəyişiklik oldu və siz: “Ay Allah… ay da… ufff… yox… neynəyəcəm indi mən?!” Siz dünya gözəli belə olsaz, daima hər şeyi problem edərək, ani emosialarınızla sevgilinizin gözündəki cazibənizi itirəcəksiz. Lakin narrahat olmayın, hələ də ümid var: Əgər bu tip bir qızsınızsa, heç olmazsa normal vaxtlarınızda birlikdə əyləncəli ola bildiyinizi ona göstərin. Bu sizə kömək edə bilər.
7. Oğlanlar sirr saxlamağı bacaran qızları sevir
Əgər sevgilinizlə münasibətinizdə problem yaşamısınızsa, həmin dəqiqə whatsapp qız qruplarında bu mövzunu müzakirəyə qoymayın. Bütün dünyanın sizin acızınıza ortaq çıxması üçün Facebookda post paylaşmayın. Əgər qarşılıqlı ciddi danışıqlardan sonra, sevgilinizlə hələ də problemi həll edə bilməmisinizsə, valideynlərinizə və ya psixoloqunuza – və ya ayrılın.
Həmçinin qızlar, Facebookda haqqınızdakı münasibət hissəsində, vəziyyətinizi “İn a relationship“dən “Single“a dəyişməyin də bir faydası yoxdur. Bu problemi qətiyyən həll etmir.
8. Oğlanlar əsrarəngiz- gizəmli qızları sevirlər
Oğlanlar bunu heç vaxt qəbul etməyəcək, lakin onlar gizlində çətin qazanılan qızları xoşlayırlar- çünki gizli birini izləmək onlar üçün əyləncəlidir!
İlk görüşdən çox da yaxınlıq göstərib, bütün həyat hekayənizi ona danışmayın. Və özünüz haqqında hər kəsin bildiyindən artıq çox məlumat verməyin. Azacıq sirli olmağınız. sizi ağıllı, zərif və özgüvənli göstərəcək.
9. Oğlanlar zarafat götürən qızları xoşlayır
Açığını deyək, zarafat qəbul etməmək, bir qızın sahib ola biləcəyi yeganə çəkilməz xüsusiyyətidir. Bu qızlar daha əsəbidirlər və yalnız qalarkən, olduqca sıxıcı ola bilirlər. Ona görə də qızlar, RELAX. Rahat olun. Sevgilinizin zarafatlarına gülümsəyin. Birlikdə əylənməyə çalışın. Heç kimmükəmməl deyil-siz də həmçinin. Bir-birinizi anlamağa başladığınızda, hər şey daha rahat olacaq.
9+1: Oğlanlar təbii qızları sevir
Hər dəfəsində ən adi şeylərə görə aşırı emosiya ilə reaksiya verdiyinizdə, məsələn, adi şeylərə görə ağlamağa başladıqda, istədiyiniz olmadı deyə uşaq kimi küsdükdə və ya gərəksiz səmimiyyət göstərdikdə- oğlanlar içdən- içə bu mahnını oxuyur: “Allahım, nəydi günahım?!”feedxana


