Receb İvedik sevənlərə şad xəbər - "Receb İvedik 5" bu tarixdə yayımlanacaq

Faktor.az Türkiyə mətbuatına istinad edərək xəbər verir ki, Şahan Gökbakar məlumat verib ki, sevə-sevə izlənilən "Receb İvedik 5" filmi qarşımıza çıxmağa hazırlanır, hətta filmin yayımlanma tarixi də bəlli olub.
Şahan Gökbakar Instagram hesabında heyranlarına bayram sürprizi edib. Belə ki, məşhur komediyaçı, "Receb İvedik 5 ilə tamaşaçı qarşısına çıxmağa hazırlanır, hətta filmin yayımlanma tarixi də bəlli olub" - deyə paylaşım edib.
Gökbakar "Recep İvedik 5" in 2017-ci ilin fevral ayında TV-də yayımlanacaq xəbərini verərək paylaşdığı şəklin altına "Bütün sevənlərimizə bayram hədiyyəsi olsun!" - deyə yazıb.
Azadə Bayramova


