Səddam Hüseyn - Dünyadakı 8 insandan biri idi

Səddam Hüseyn-tarixdə qəddar diktator kimi tanınan,1937-ci ildə İraqın Tirkit şəhərində çoban ailəsində doğulan,doğulmamışdan qabaq atsını itirən, dahi və ölməz bir şəxsiyyət.O 17-20 yaşlarında Bağdad Universitetində huquq elmi üzrə təhsil alıb.1957-ci ildə BƏƏS partiyasına üzv olduqdan sonra 1959-cu ildə İraqın o zamankı baş naziri Əbdülkərim Qasımın sui-qəsdində iştirak etmiş,yaralanaraq əvvəlcə Suriyaya, sonra Misirə qaçıb.1962-1963-cü ildə Qahirə Universitetində yenidən huquq təhsili alır.1963-cü ildə BƏƏS partiyası İraqda hakimiyyətə gəlir və Səddam öz təhsilini İraqda davam etdirməyi qərara alır.
1963-cü ildə öz dayısı qızı Sacidə Talhaf ilə evlənir.Bu evlilikdən Rəna,Rəqhad və Hala adlı qız övladları,Uday və Qusay adlı oğlan övladları dünyaya gəlir.Sonrakı 2 evlilikdən sonra isə Əli adlı daha bir oğlan övladı dünyaya gəlir.
1968-ci ildə BƏƏS partiyası çevriliş edir və hakimiyyətə Əhməd Həsəl əl-Bəkr gəlir.Səddam bu hakimiyyətin qurulmasında müstəsna rol oynayır.
1979-cu ildə Əhməd Həsəl əl-Bəkr istehfa verir və hakimiyyətə Səədam Hüseyn gəlir.Hakimiyyəti illərində İraqda əhalinin həyat səviiyyəsi yuksəlir,təhsilə xüsusi önəm verilir,əsgər ailələrinə yardım edir və İraqı ən güclü müsəlman dövlətinə çevirir.
22 Sentyabr 1980-ci ildə İraq –İran müharibəsini başladan Səddam döyüşdən məğlub ayrılır.
1990-ci ildə Küveyti işğal etməklə Körfəz Müharibəsini başladır.Küveytin işğalında əsas məqsəd neft sənayesində aparıcı rol oynamaq idi.Bu istək bir çox xarici qüvvələrin marağına zidd idi.1991-ci il 16 Yanvar tarixində 6 həftə sürən döyüşlərdən sonra Səudiyyə Ərəbistanı,ABŞ və müttəfiq qoşunlar İraqı Küveytdən çıxarda bilir.
1998-ci ildə ABŞ-ın döyüş gəmilərindən havaya uçan B-52 bombardman hərbi təyyarələrindən Bağdadda yerləşən hərbi və starateji obyektlər bombalandı. Bu əməliyyat Səhra Tülküsü Əməliyyatı adlanırdı. Əməliyyatda Böyük Britaniya və ABŞ-ın hərbi təyyarələri iştirak edir. Bu dəfəki bombarmanın səbəbi isə İraqın BMT-nin silah müfəttişləri ilə əməkdaşlıqdan imtina etməsinə cavab idi.
Nəhayət 19 mart 2003-cü ildə ikinci Körfəz Müharibəsi başladı. Bu dəfə əməliyyatların adı İraq üçün azadlıq idi. 13 dekabr 2003-cü ildə Səddam Hüseyn həbs edildi və 30 dekabr 2006-cı ildə edam edildi.
Səddam Hüseyn haqqında bilmədiklərimiz
Səddam Hüseynin diktator olmasına baxmayaraq ölkəsində həyat səviyyəsini yüksəltmişdi. Ölkə iqtisadiyyatını gücləndirdikdən sonra ölkədə təhsil ödənişsiz oldu, savadsızlığın aradan qaldırılması üçün xeyli işlər görüldür, əsgər ailələrinə xüsusi güzəştlər edildi, fermerlərə hər zaman yardımlar edilir və ölkədə səhiyyənin səviyyəsini qaldırmışdı. Orta Şərqdə əhalinin rifah halının bu dərəcədə olacağı eşidilməmişdi. İraqda yaşayış standartlarının yüksəldilməsinə görə UNESCO Səddam Hüseyni mükafatlandırmışdı.
Səddam Hüseynə Detroit şəhərinin açarı verilən zaman
Dünyada yalnız 8 nəfərə Detroitin açarları verilib.Həmin insanlardan biridə Səddam Hüseyndir.O Detroit şəhərində kilsə tikilməsi üçün 200.000 dollar pul ayırdığı üçün 1980-ci ildə Detroitin açarları ona təqdim edilmişdi.
1991-ci ildə Səədam Hüseyn İraqın bayrağı üzərində öz yazısı ilə ərəbcə yazılmış “ALLAHU ƏKBƏR” yazısı qeyd etdirir.Daha sonra öz qanı ilə Quran kitabı yazdirtdı.Buna 2 il vaxt və 27 litr qan sərf olunmuşdu.
2001-ci ildə isəAmerikada yaşayan kasıblara dəstək məqsədi ilə 94 milyon dollar ianə vermişdi
Faktor.az (Ş.A)


