Çingiz xan heykəli

Hit: 5852
Çingiz xan heykəli

Dünyanın ən böyük atlı heykəli Çingiz xan heykəl kompleksidir. Böyük türk-monqol imperatoru Çingiz xanın şərəfinə Monqolustanda tikilən heykəlin hündürlüyü 40 metrdir. Heykəl paslanmayan poladdan hazırlanıb və ağırlığı 250 tondur. 2008-ci ildə tamamlanmış heykəlin dizaynerləri heykəltəraş D. Erdenebilek və memar J. Enxjarqaldır. Çingiz xanın şəninə yaraşan bu möhtəşəm heykəl Monqolustanın Tov əyalətindəki Ərdənə Soum şəhərində Tuul çayı yaxınlığında iki mərtəbəli ağ rəngli binanın üstündə ucaldılmışdır. 40 metr hündürlüyü olan dəmir heykəlin içərisində rəsədxana da var. Turistlərin xeyli marağını cəlb edən heykəl böyük Moğol İmperiyasını qurmaqla dünyaya səs salan Çingiz xana ehtiramın simvolu kimi qəbul edilir. Çingiz xanın türk və monqol tayfalarını birləşdirərək qurduğu imperiya şərqdə Sakit okeandan qərbdə Qara dənizədək geniş ərazini əhatə etmişdir.









Redaktorun seçimi