Kamran Şahsuvarlı qələbəsi ilə - Albert Səlimovun məğlubiyyətini unutdurdu

Hit: 1974
Kamran Şahsuvarlı qələbəsi ilə - Albert Səlimovun məğlubiyyətini unutdurdu

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edib.

Faktor.az xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçirib.

Rinqə ilk olaraq Albert Səlimov çıxıb. 60 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/4 finalda gücünü sınayıb. İlk görüşündə irlandiyalı Devid Coysu məğlub edən təcrübəli boksçumuz bu dəfə fransalı Sofian Oumiha ilə döyüşdə gözlənilmədən məğlub olub. 0:3 hesabı ilə yenilən bokusçumuz çıxışını başa vurub.

Bu mübarizə başa çatan kimi isə digər təmsilçimiz, Kamran Şahsuvarlı yumruqlarının gücünü yoxlayıb. 75 kq çəki dərəcəsində döyüşən Kamran 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlib. İdmançımızın budəfəki rəqibi isə rusiyalı Artyom Çebotaryov olub. Rəqibinə əzimkar şəkildə qalib gələn Şahsuvarlı 1/4 finala yüksəlib.









Redaktorun seçimi