İdmanda bu gün 15 iyul - Təqvim

Hit: 555
İdmanda bu gün 15 iyul - Təqvim

Faktor.az idmanda baş verən ən maraqlı hadisələri diqqətinizə çatdırır.

15 iyul 1952-ci ildə Helsinki Olimpiadasında futbol turnirinin açılışı olub. İlk oyun günündə qeydə alınan nəticələrdən Yuqoslaviya milli komandasının Hindistana 10-0 hesabı ilə qalib gəlməsi olub. Həmin oyunda Hindistan millisinin futbolçularının oyunu ayaqqabısız oynaması daha bir diqqət çəkən məqam idi.

Argentinalı futbolçu Mario Kempes 15 iyul 1954-cü ildə anadan olub. 1978-ci ildə Argentina millisinin heyətində Dünya Çempionu olan Kempes həmin ildə Argentinanın ən yaxşı futbolçusu və 6 qolla mundialın bombardiri olub. Klub karyerasında isə ən böyük uğuru 1980-ci ildə "Valensiya" ilə "Kuboklar Kuboku" və "UEFA Superkuboku"nu qazanması olub.

Türkiyəli futbolçu Burak Yılmaz 1985-ci ilin bu günündə doğulub. Türkiyənin 4 böyük klubu olan "QAlatasaray", "Beşiktaş", "Fənərbaxça" və "Trabzonspor"un formasını geyinən Burak hər 4 klubla da Çempionlar Liqasında çıxış edib. Bu ildən karyerasını Çində davam etdirir. 2006-cı ildən Türkiyə millisinin şərəfini qoruyan futbolçu 47 oyuna 21 qol vurmağı da bacarıb. 

"Sumqayıt"ın futbolçusu Budaq Nəsirov 1996-cı il 15 iyul təvəllüdlüdür. 20 yaşlı qəc futbolçu 26 may 2016-cı il Andorra ilə yoldaşlıq görüşündə millimizin heyətində ilk oyununu keçirib. Ötən mövsüm "Kəpəz"in heyətində çıxış edən Nəsirov Azərbaycan çempionatında 33 oyun keçirib və 1 qol vurub. 

2004-cü ilin bu günnüdə FİFA Beynəlxalq Futbol Sərgisində Çini rəsman futbolun vətəni elan edib. Futbolun Çinin Linzo qəsəbəsində yarandığı bildirilir. 

2007-ci ilin bu günündə Braziliya Argentina üzərində 3-0 hesablı qələbə qazanaraq hələ ki, sonuncu 8-ci dəfə "Kopa Amerika" turnirinin qalibi olub. Messi isə həmin yarışın ən gənc futbolçusu seçilib.

Almaniyalı futbolçu, Dünya Çempionu Diter Hersoq 1946-cı il 15 iyulda anadan olub. Karyerası boyunca "Humborn" "Fortuna" və "Bayer"in klublarının şərəfini qoruyan futbolçu 1974-cü ildə Dünya Çempionatında Almaniya millisinin heyətində 5 oyun keçirib və komandası ilə birlikdə Dünya çempionu olub. 

İngiltərəli idmançı Şirli Robertson da 15 iyul 1969-cu ildə anadan olub. Yerkənli idman növü ilə məşqul olan xanım idmançı ikiqat Olimpiya çempionudur. İlk olaraq o 2000-ci il Sidney Olimpiya oyunlarında Avropa klass növündə birincilik əldə edib. 2004-cü il Afinada isə Şirli Robertson yerkənli qayıqlarla yürüşdə yeni Olimpiya növü olan inqlin növündə qızıl medal qazanıb. 

Orxan Hacı









Redaktorun seçimi