"Qarabağ" - “Düdelanj” onunöncəsi mətbuat konfransı - "Rəqibi yaxşı analiz etmişik"

Ölkəmizi Çempionlar Liqasında təmsil etmək hüququ qazanan “Qarabağ” II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Ağdam klubunun çalışdırıcı Qurban Qurbanov matçdan öncə mətbuat konfransı keçirib.
Faktor.az xəbər verir ki, təcrübəli məşqiçi bunları deyib:
"Hamımız bu turniri səbirsizlikə gözləyirik. Pis hazırlaşmamışıq. Rəqibi analiz eləmişik. Digər komandalarımızın da mərhələ keçməsi bizim üçün böyük stimuldu. Rəqibə ciddi yanaşırıq. Oyunlarını izləmişəm. Çoxu bu komandanı ciddi qəbul eləmir. Ancaq futbol elə səviyyəyə çatıb ki, komandalar arasında elə də ciddi fərq olmur. Xüsusilə, bu cür Belçika, Hollandiya və Almaniyanın yaxınlığında yerləşmiş ölkə ciddi sayılmalıdı. Bu komandada başqa ölkələrdən də futbolçular top qovur. Məncə, bu komanda ilk mərhələdəki ən çətin rəqiblərdən biridi. Özümü sığortalamaq üçün demirəm. Yaxşı sürətli oyunçuları var. Düşünürəm ki, sabah azarkeşlərə gözəl futbol təqdim edə biləcəyik. Şübhəsiz, qələbə üçün oynayacağıq. Hamını sevindirmək istəyirik. Əlimizdə olan 25 gündən səmərəli istifadə etməyə çalışdıq. Təlim-məşq toplanışının necə nəticə verdiyini sabah görəcəyik. Reynaldonun sabah meydanda olub-olmaması bəlli deyil. Həkimlərin raportu əsasında son qərarı verəcəyik. Sabah stadionun dolacağına inanıram. Hər kəsi stadiona dəvət edirəm".
Orxan Hacı


