"Avro 2016" qrup mərhələsi 2-ci tur - "Qarabağ"ın futbolçusu çətin sınaq qarşısında

Hit: 73
"Avro 2016" qrup mərhələsi 2-ci tur - "Qarabağ"ın futbolçusu çətin sınaq qarşısında

Bu gün Avropa çempionatında ikinci tura start veriləcək. Faktor.az-ın məlumatına görə, bu gün üç qarşılaşma olacaq ki, bunlardan ikisi A qrupunda, biri isə B qrupunda baş tutacaq.

İlk olaraq meydana B qrupunda çıxış edən Rusiya və Slovakiya milliləri çıxacaq. İlk turda İngiltərə ilə heç-heçə edərək hər kəsi təəccübləndirən şimal qonşularımız turnirə məğlubiyyətlə başlayan Slovakiya qarşısında da uğurlu oyununu davam etdirmək istəyəcək. Ruslar qarşılaşmadan 3 xal ilə ayrılsalar, qrudan çıxmaq üçün yaxşı şans əldə edəcəklər. Slovakiya isə ilk matçdakı məğlubiyyətdən sonra iddiasını davam etdirmək üçün bu oyuna mütləq qələbə qazanmalıdır.

Günün ikinci oyununda A qrupunda çıxış edən Rumıniya İsveçrə ilə üz-üzə gələcək. Çempionatın açılış qarşılaşmasında meydan sahibləri ilə oyunda 1:2 hesablı məğlub olan rumunlar ilk oyunda qalib gələn İsveçrə millisi ilə qarşılaşacaq. Bu oyunda rumunları yalnız qələbə qane edir. İsveçrə isə qələbə ilə başladığı mundialda ikinci dəfə sevinməyi hədəfləyir. Bu günkü qələbə onları 1/8 finala çox yaxınlaşdıracaq.

İkinci turun ilk gününün son oyununda isə meydan sahibləri Fransa millisi Albaniyanı sınağa çəkəcək. “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin komandası minimalhesablı İsveçrə məğlubiyyətindən sonra ilk dəfə qatıldığı turnirdə sürprizə imza atmaq istəyir. Bunun üçün Didye Deşamın yetirmələri ilə oyunda xal və ya xallar qazanmaq yetərli olacaq. Fransızlar isə zəif rəqibi ilə oyunu da itkisiz keçərək qrupdan çıxmaq adına inamlı addım atmaq istəyirlər.

 

Avropa çempionatı

Qrup mərhələsi, II tur

15 iyun

 

B qrupu

 

17:00. Rusiya – Slovakiya

Baş hakim: Damir Skomina

Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan

Əlavə köməkçi hakimlər: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)

Dördüncü hakim: Yonas Eriksson (İsveç)

Lill Metropol, "Stad Pyer Mauro"

 

Komanda

O

Q

H

M

T/F

X

Uels

1

1

0

0

2:1

3

İngiltərə

1

0

1

0

1:1

1

Rusiya

1

0

1

0

1:1

1

Slovakiya

1

0

0

1

1:2

0

 

A qrupu

 

20:00. Rumıniya – İsveçrə

Baş hakim: Sergey Karasyov

Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin

Əlavə köməkçi hakimlər: Sergey Lapoşkin, Sergey İvanov (hamısı Rusiya)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Paris, "Park des Prinses"

Orxan Əliyev

 

 

23:00. Fransa – Albaniya

Baş hakim: Villiam Kolum (Şotlandiya)

Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Betton (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Mixail Oliver (İngiltərə)

Marsel, "Velodrom"

 

Komanda

O

Q

H

M

T/F

X

Fransa

1

1

0

0

2:1

3

İsveçrə

1

1

0

0

1:0

3

Albaniya

1

0

0

1

0:1

0

Rumıniya

1

0

0

1

1:2

0

 

 

Orxan Əliyev

 









Redaktorun seçimi