İşsizliyə görə müavinətin verilmə qaydaları

Hit: 11641
İşsizliyə görə müavinətin verilmə qaydaları

Ətrafımıza diqqət etsək hətta diqqət etməsək də kifayət qədər işsiz insanları görə bilərik. Ürəyimiz istəyən vaxt elə çayxanadan içəri girib baxsaq ayaq basmağa da yer olmadığının şahidi olarıq. Həqiqətən ixtisasa uyğun iş tapmaq, ümumiyyətlə iş tapmaq çox çətindir. Məsləhətdir ki, ayda 150 AZN əmək haqqı alsanız belə yeni iş tapmamış işinizi tərk eləməyin. Bu mövzuda ətraflı olaraq “Az əziyyət – yüksək maaş adlı bloq postumda qeyd eləmişəm. Bugün ki, bloq yazımda sırf işsizliyə görə müavinatın verilmə qaydalarından yazacağam.

Azərbaycan da olan işsiz insanların rəsmi statistikasını paylaşmaq istəmirəm. Səbəbi özümə qalsın. Ancaq bu qədər işsiz olan insan var və çox adam ya sənəd toplamağa ərindiyində ya da ki, məlumasızlıqdan bu müavinatdan yararlana bilmmir.  İşsiziliyə görə müavinat almaq istəyən şəxslər yaşadığı ərazi üzrə qeyd olunan orqana şəxsiyyətini təsdiq edən sənədi, əmək kitabçasını, yaxud onu əvəz edən sənədi, zəruri hallarda peşə və ya ixtisasını təsdiq edən sənədi təqdim edərək işaxtaran kimi qeydə alınır. İlk dəfə işaxtaranlar yalnız şəxsiyyəti təsdiq edən və zəruri hallarda təhsil haqqında sənədləri təqdim edirlər. İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş qeyd olunan sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edilir və həmin gündən etibarən ona işsizlik müavinəti hesablanır”.

Vətəndaş qeyd edilən sənədlərdən əlavə aşağıdakı sənədləri də təqdim etməlidir:
– pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla), yaşa görə və əlilliyə görə sosial müavinət almaması haqqında arayış;
-yaşayış yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış;
-yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış;
-himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;
qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış.
 
İşsiz statusu almış vətəndaşlar işsizliyin başlanmasından (şəhər (rayon) Məşğulluq Mərkəzlərində işaxtaran kimi qeydiyyata alındığı gündən) əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən çox müddətdə haqqı ödənilən işə malik olduqda onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir. Orta aylıq qazanca əsasən təyin olunmuş müavinətin məbləği müavinət təyin olunan dövr üçün respublika üzrə müəyyən edilmiş orta aylıq əmək haqqının məbləğindən çox, təsdiq olunmuş müavinətin minimum məbləğindən az ola bilməz. Əgər vətəndaş axırıncı iş yerində 12 aydan az işləyibsə onun işsizlik müavinəti təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən edilir. İşsiz statusu müəyyən olunan vaxtdan 12 ay keçdikdən sonra vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrar müavinət almaq hüququ vardır. Təkrar müavinət təsdiq olunmuş müavinətin minimum məbləğində müəyyən olunur.İşsizliyə görə müavinatın məbləğinin hesablanması kalkulyatoru mövcuddur, klik edib hesablaya bilərsiniz.
 
Aşağıdakı şəxslərə isə  işsizlik statusu verilə BİLMƏZ:
  • 5 yaşına çatmayan vətəndaşlara;
  • pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlara;
  • işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən şəhər (rayon) Məşğulluq Mərkəzlərinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlərə (vətəndaşa eyni iş təkrarən təklif edilə bilməz);
  • ilk dəfə işaxtaranlara;
  • azadlıqdan məhrum etmə cəzasını çəkənlərə;
  • məşğul şəxslərə, o cümlədən sahibkarlara, fərdi əmək fəaliyyəti ilə məşğul olanlara və mülkiyyətində torpaq payı olanlara

Vacib sayılan sosial hüquqlarımız haqqında yazılarımız olacaq. Ümid edirəm az da olsa işinizə yarayar. Əgər hamı öz hüququnu bilib tələb etməyi bacararsa haqqını heç kim yeyə bilməz.

Elmir Valehli

Sosial işçi, təlimçi

 









Redaktorun seçimi