AZAL-dan xəbərdarlıq - Türkiyəyə gedənlər...

Hit: 466
AZAL-dan xəbərdarlıq - Türkiyəyə gedənlər...

Yay tətil mövsümünün başlaması, xarici ölkələrə, ələlxüsus da Türkiyəyə gedişin artması, həmçinin təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq Azərbaycan Hava Yolları" (AZAL) QSC Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyə edir. "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən verilən məlumata görə, bundan başqa, Türkiyəyə giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən azı 90 gün ərzində etibarlı olmalıdır. Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.

Hər hansısa bir sualınız yaranarsa bu telefon nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur : (+99412) 598-88-80 və ya *8880









Redaktorun seçimi