Livanda ərəblər bayraqlarımızı döşəməyə sərdilər - əllərində isə erməni əskisi

Hit: 78161
Livanda ərəblər bayraqlarımızı döşəməyə sərdilər - əllərində isə erməni əskisi
Ərəblərin ölkəmizə axını ilə başlayan müzakirələr səngimir.
 
Bu  qonaqlarla bağlı demək olar ki, hər gün yeni bir müzakirə mövzusu ortaya çıxır.
 
Ortaya çıxan bu foto isə bütün digər mövzuları kölgədə qoydu desək, yanılmarıq.
 
Çünki bu artıq fərd və ya cəmiyyət olaraq deyil, ölkə və millət olaraq qarşılaşdığımız bir təhqirdir.
 
Gördüyünüz şəkil Livanın paytaxtı Beyrutda çəkilib.
 
Ermənistana dəstək məqsədilə təşkil olunan tədbirdə Azərbaycan və Türkiyə bayraqlarının yerə atılması hər iki ölkəyə, eyni zamanda böyük bir türk millətinə edilən həqarətin bariz nümunəsidir.
 
Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk günlərdən Azərbaycana dəstək olduğunu ifadə edən Türkiyənin ölkəmizlə olan sıx dostluq və qardaşlıq münasibəti həmişə bəzi qüvvələri narahat edib.
 
Bu sarsılmaz dostluğa zərər verə biləcək gücün yoxluğundan xəbərdar olan düşmən qüvvələr hər zaman bu cür yollara əl atmaqla nəyisə sübut etməyə çalışıblar.
 
Sanki iki ölkənin ayrılmazlığına işarə edirmiş kimi əl atdıqları bu riyakar oyunlarda da Türkiyəni Azərbaycandan ayırmayıblar.
 
Daim birlikdə dalğalanan bayraqlarımızın indi hansısa yad meydanlarda ayaqlar altında tapdalanması bizə edilən ən böyük və bağışlanmaz təhqirdir.
 
Xəyalə Bünyatova
 
 








Redaktorun seçimi