Saçınızın rəngini ev şəraitində açın - Bir çox qadın saçlarını təbii yolla açmaq istəyir.

Hit: 3886
Saçınızın rəngini ev şəraitində açın - Bir çox qadın saçlarını təbii yolla açmaq istəyir.

Faktor.az xəbər verir ki,ev şəraitində saçın rəngini açmağın yollarını təqdim edir:

Əgər saçınızda tünd tonlarda boya varsa, bu boyanı digər boya ilə açmaq mümkün olmur.
Kimyəvi maddələr istifadə edildikdə saç zəifləyir və təbiiliyini itirir. Hidrogen peroksitlə ev şəraitində saç rəngi açmaq risklidir. Bu prosesin salon tərəfindən aparılması məsləhətdir.

Saçlarınızın boyası qaradırsa, açıq rəngdə boya ilə açmağınız mümkün olmayacaq. Ancaq saçlarınız təbii rəngindədirsə, o zaman rəngini təbii maddələrlə çox rahat aça bilərsiniz. Mətbəxinizdə istifadə etdiyiniz ərzaqlardan istifadə etməklə, buna nail olmaq mümkün olacaq. 
 
Çobanyastığını bir çaydanda qaynadıb, soyudun. Saçlarınızı yuyandan sonra həmin suyu başınıza axıdın. Bu prosesi yaz aylarında etməyiniz məsləhətdir. Saçlarınız istədiyiniz sarı tonu alana qədər bunu həftədə 2 dəfə davam etdirin.
 
Limon həm saç rəngini açır, həm də saçlara təbii parlaqlıq verir. 3 stəkan suda 1 stəkan limon suyunu qarışdırın, bu qarışığı saçlarınıza yedizdirdin. Yarım saat ərzində günəşdə dayanın və saçlarınızı suyla yaxalayın.

Bal da yaxşı saç rəngi aça bilər. Bir miqdar bal ilə bir az saç kremini qarışdırın və saçlarınıza sürtün. Ləçəklə başınızı bağlayın və bir qədər uzanın, 8-10 saat ləçəyi başınızdan açmayın. Daha sonra saçlarınızı yuyun. Saçlarınızın həm yumşaldığını hiss edəcəksiniz, həm də rəngi açılacaq.

İmamət İsmayıl Ədil Bəyli 

 

 


 
 

 









Redaktorun seçimi