Gənc qızın əsgər sevgilisi ilə oxuduğu “Ölürüm, Türkiye” mahnısı - interneti silkələdi - VİDEO

Qardaş Türkiyənin hazırki vəziyyəti böyükdən kiçiyə hamını narahat edir. Türkiyənin taleyi hər bir türk vətəndaşının taleyinə çevrilib.
Ölkə daxilində vəziyyət o həddə çatıb ki, qan qardaşları bir-birinin qanını tökməkdən çəkinmir.
Çevriliş cəhdindən geriyə qalan o dəhşətli mənzərələr ürək ağrıdır. Türkiyə tarixinə qanla yazılan o gecənin ləkəsi hələ uzun müddət silinməyəcək yaddaşlardan. Kimlərinsə yaddaşında əbədi iz buraxacaq bəlkə də. Və şübhəsiz ki, ən çox qanı tökülənlərin doğmalarını incidəcək bu yara.
Böyük bir ölkənin dayağı, inam yeri, qüruru olan ordu bir gecənin içində xalqın ən böyük düşməninə çevrildi.
Ayaqlar altına atılan, təhqir olunan, alçaldılan əsgərlərin vəziyyəti isə içdən-içə hamını narahat edir.
Kiminin övladı, kiminin qardaşı, kiminin yoldaşı olan türk əsgərinin əsl vətənpərvərlik duyğusu, vətənə bağlılığı isə hələ bu cür ifadə olunmamışdı.
Son günlər sosial şəbəkələrdə yayılan bu videonu izləyənlər göz yaşlarını saxlaya bilmir. Belə ki, sevgilisi ilə skayp vasitəsilə danışan gənc qız oxuduğu mahnı ilə türk əsgərini duyğulandırıb.
Sevgilisinə qoşularaq birlikdə ifa edən cütlüyün bu videosu izləyənləri çox təsirləndirir.
Faktor.az həmin videonu sizə təqdim edir.
Xəyalə


