Qızıl sözünün qızıl kimi qiyməti

Ana dilimizdə olan qızıl sözü ilə bağlı çaş - başlıq yaranıb.
İş orasındadır ki , qızıl sözü həm qiymətli metal anlamı, həm də qızılgül, qızarmaq, qızıl alma, qızılbaş sözlərində qırmızı rəng anlamını verir.
Keçmişdə qızıl sözü çaşqınlıq yaratmırdı. Çünki bütün türk dillərində olduğu kimi bizim dildə də qırmızı rəng anlamında idi. Sözügedən o qiymətli metal isə yenə də bütün türk dillərində olduğu kimi altun adlanırdı.
Altun sözü az da olsa indi də işlədilir. Bu sözlərin yerdəyişmələrinin nəyə görə olduğunu anlamaq olmur.


