Türkiyədən şok açıqlama - Rövşən Lənkəranski ölməyib - SON AN - VİDEO

İstanbulda silahlı hücuma məruz qalan Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə bağlı ziddiyyətli xəbərlər davam edir.
Faktor.az xəbər verir ki, ATV.az onun ağır yaralı olaraq çatdırıldığı İstanbuldakı Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan onun reanimasiya şöbəsində olduğu bildirildi. Lakin xəstəxana rəsmiləri onu ölümü ilə bağlı xəbəri təsdiq etmədilər. Onlar rəsmi mövqe açıqlanana qədər gözləməyi məsləhət gördülər.


