"Bir İstanbul masalı" - Türkiyəni qana bələyən dəhşətli terrorun sirri

Hit: 3459
"Bir İstanbul masalı" - Türkiyəni qana bələyən  dəhşətli terrorun sirri

Dünən yerli saatla 22:00-22:30 arası İstanbulun ən böyük havalimanlarından olan Atatürk hava limanında ilk olaraq kalaşnikov tipli avtomatdan ətrafa atəş açmaqla, ardından 2 kamikadzenin özlərini partlatması ilə güclü terror aktı törədilib.

Nəticədə rəsmi qurumların açıqladığı rəqəmlərə görə 36 nəfər ölüb,147 nəfər yaralanıb. Hadisənin məsuliyyətini heç bir terror təşkilatı üzərinə götürməyib. Türkiyə baş naziri Binali Yıldırımın açıqlamasına görə isə ilkin araşdırmalar hadisənin İŞİD tərəfindən törədildiyini göstərir. Hadisənin törədilmə zamanı isə diqqəti cəlb edir. Bir neçə gün öncə Türkiyə ilə İsrail 7 il aradan sonra münasibətlərin ən yüksək səviyyəyə çatdırılması haqda anlaşdılar. Türkiyə Prezidenti R. T.Ərdoğan noyabrın 24-ü vurulan SU-24 təyyarəsinin pilotunun ailəsindən üzr istəyərək bir növ Rusiya ilə əlaqələrin də normallaşması istiqamətində addım atdı. Bundan əlavə Misir rəsmiləri də devrilmiş lider M. Mursinin leqallığının Türk iqtidarı tərəfindən tanınacağı halda Türkiyə ilə münasibətlərin yaxşılaşması tərəfdarı olduqlarını açıqladı.

Bəs onda bu terror aktı kimin maraqlarına xidmət edirdi? Hadisənin böyük ehtimalla İŞİD törədib. Törədilmə üsullarına və motivlərinə baxsaq bunu əminliklə demək olar. Çünki hadisə eyni ilə Paris və Brüssel teraktlarını xatırladır. Paris Fələstinin müstəqilliyini tanıyırdı, Brüssel də tanımağa hazırlaşırdı. Bu halda o iki teraktın Mossadın sifarişi ilə törədildiyi şübhə yeri buraxmır. Bu halda İstanbul teraktını da Mossadın sifarişi ilə törətdiyi ağlabatandır. Bir növ İsrail ödəyəcəyi təzminatın,istədiyi üzrün, Qəzzanın blokadasının zəiflədilməsinin və nəticədə beynəlxalq nüfuzuna gələn xələlin əvəzini almış olur.

Bu ilk variantdır. Qatı Qərbyönümlü siyasətin tərəfdarı olan Əhməd Davudoğlunun Türkiyə siyasətindən getməsindən sonra AKP iqtidarı xarici siyasətində korrəktələr etmək xəttini götürdü. Yuxarıda qeyd etdiyimiz kimi münasibətləri pis olan ölkələrlə münasibətləri yaxşılaşdırmaq xəttini götürdü. Bu ölkələrdən biri də Qərbin əzəli rəqibi Rusiya idi. Ərdoğanın üzründən sonra Rusiya tərəfindən də ilımlı açıqlamalar gəldi.

Burada bir məqam da diqqəti cəlb edir. Rusiya Prezidenti Putinlə Ərdoğan bu gün telefon görüşməsi edəcəkdilər. Böyük ehtimal bu danışıqdan sonra münasibətlərin əvvəlki normaya qayıtması sürətlənəcəkdi. Bu halda teraktı bu münasibətlərin yaxşılaşmasın istəməyən Qərb ölkələrinin xüsusi-xidmət orqanlarının təşkil etdiyini düşünmək olar. Bu ciddi ehtimal olaraq qalır. Üçüncü bir ehtimal isə sırf İŞİDin özünün bu terroru törətməsidir. Çünki Türk ordusu son aylar İŞİDi raket,tank və toplardan olmaqla ağır atəşə tutur. Bu hal son günlər daha da şiddətlənib. Ola bilsin ki, təşkilat rəhbərliyi buna bir cavab olaraq İstanbul teraktını törədib.

Rəhim









Redaktorun seçimi