Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirildi

Hit: 247
Qazaxıstanda paytaxtın adı yenidən dəyişdirildi

Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev ölkənin paytaxtı Astana şəhərinin Nur-Sultan adlandırılması barədə fərman imzalayıb.

Bundan əvvəl dövlət başçısı konstitusiya dəyişikliyi barədə qanunu təsdiqləmişdi.

Xatırladaq ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev martın 19-da xalqa müraciəti zamanı istefa verib. Qasım Comərt Tokayev isə martın 20-də paytaxtın adını Nazarbayevin şərəfinə dəyişdirməyi təklif edib və təklif parlamentdə iki oxunuşda qəbul olunub.

Teleqraf.com

 








Redaktorun seçimi