Hindistanda qatar relsdən çıxdı: azı 6 ölən var

Hindistanda qatarın relsdən çıxması nəticəsində ən azı altı nəfər həlak olub.
Faktor.az Trend-ə istinadən bildirir ki, hadisə Hindistanın şərqində baş verib.
Qatar yerli vaxtla saat 03:58-də relsdən çıxıb. Çoxlu sayda xəsarət alanların olduğu bildirilir.


