Dünyanın ən çox yumurta istehsalçılarının adı açıqlanıb
Dünyada yumurta istehsalında Asiya ölkələri üstünlük təşkil edir.
“Reyting.az” xəbər verir ki, bu barədə "Statista" analitik platformasının təqdim etdiyi son hesabatda bildirilir.
İllik istehsal həcminə görə liderlik edən 10 ölkənin sıralaması aşağıdakı kimidir:
Çin - 612,83 milyard ədəd
Yaponiya - 406,3 milyard ədəd
İndoneziya - 144,06 milyard ədəd
Hindistan - 142,67 milyard ədəd
ABŞ - 109,53 milyard ədəd
Braziliya - 59,94 milyard ədəd
Meksika - 59,84 milyard ədəd
Rusiya - 46,27 milyard ədəd
Pakistan - 23,82 milyard ədəd
Türkiyə - 20,64 milyard ədəd.
Təqdim olunan göstəricilər bir daha sübut edir ki, qlobal yumurta bazarında əsas pay Asiya regionunun öhdəsinə düşür. Çin isə nəhəng istehsal həcmi ilə digər dünya ölkələrini əhəmiyyətli fərqlə geridə qoyur.






































































