Yasamalda binalardan elektrik naqilləri oğurlayan şəxslər saxlanılıblar

Hit: 164
Yasamalda binalardan elektrik naqilləri oğurlayan şəxslər saxlanılıblar
Yasamal rayonu ərazisində yerləşən bir neçə binadan elektrik naqilləri oğurlanıb. 
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı N.Bayramov və 35 yaşlı R.Xancanov müəyyən olunaraq saxlanılıblar.
 
Araşdırma zamanı bu şəxslərin taladıqları elektrik naqillərini əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Redaktorun seçimi