Bu ölkələrdə Ramazan ayına görə iş saatları qısaldıldı

Hit: 334
Bu ölkələrdə Ramazan ayına görə iş saatları qısaldıldı
Suriya və İraqda iş saatları qısaldılıb.
 
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ramazan ayı münasibətilə hər iki ölkədə belə bir qərar qəbul edilib.
 
Suriya Nazirlər Şurası Ramazan ayında dövlət müəssisələrində iş saatlarını altı saata endirməyə qərar verib. Qərara əsasən, dövlət müəssisələrində iş saatları Ramazan ayında saat 08:00 ilə 14:00 arasında olacaq.
 
Səhiyyə və təhsil kimi davamlı xidmət tələb edən sektorlarda isə növbəli iş sistemi tətbiq olunacaq.
 
İraq Nazirlər Şurasının Baş Katibliyi də Ramazan ayında rəsmi iş saatlarını bir saat qısaltmaq barədə göstəriş verib.
 
Yazılı açıqlamada qaydanın ölkə daxilindəki bütün nazirlikləri, müstəqil qurumları və qubernatorluqları əhatə etdiyi bildirilir.
 
Təşkilatlara iş saatlarının əvvəlində və ya sonunda bir saatlıq qısaltmanı tətbiq etmək səlahiyyəti verilib.






Redaktorun seçimi