2026-cı ildə Asiya tərsanələrini gözləyən 5 əsas rəqəmsal sınaq

Hit: 342
2026-cı ildə Asiya tərsanələrini gözləyən 5 əsas rəqəmsal sınaq
Asiya tərsanələri qlobal gəmiqayırma bazarının lideri olsa da, 2026-cı ildə onlar polad və ya işçi qüvvəsindən daha çox rəqəmsal idarəetmə çətinlikləri ilə qarşılaşacaq.
 
“Seanews.az” xəbər verir ki, SSI (ShipConstructor Software Inc.) mütəxəssisi Kori Zakrissonun təhlilinə görə, sənayenin gələcəyini aşağıdakı 5 çağırış müəyyən edəcək:
 
Xarici dizaynlarla iş: Beynəlxalq layihələrin yerli istehsal sistemlərinə adaptasiyası və texniki uyğunsuzluqların aradan qaldırılması.
 
Rəqəmsal modellərin keyfiyyəti:Tikinti zamanı xətaları minimuma endirmək üçün xaricdən gələn modellərin konvertasiyası əvəzinə, "doğma" (native) modellərin yaradılması.
 
Nəzarətli texnologiya transferi: Birgə müəssisələrdə məlumat mübadiləsi zamanı intellektual mülkiyyətin və dizayn hakimiyyətinin qorunması.
 
Tədarük zəncirinin inteqrasiyası: Bütün tədarükçülərin dağınıq sənədlər əvəzinə, vahid rəqəmsal model üzərindən sinxron işləməsi.
 
Bilik itkisinin qarşısının alınması: Təcrübəli mühəndislərin gedişi ilə yaranan boşluğu doldurmaq üçün rəqəmsal yaddaşın (continuity) formalaşdırılması.
 
Beləliklə, 2026-cı ildə uğur qazanmaq istəyən tərsanələr təkcə gəmi inşasını deyil, həm də genişmiqyaslı rəqəmsal əməkdaşlığı yüksək səviyyədə idarə etməyi bacarmalıdır.






Redaktorun seçimi