CATL Honq-Konq listinqində ən azı 4 milyard dollar toplamağı planlaşdırır

Hit: 172
CATL Honq-Konq listinqində ən azı 4 milyard dollar toplamağı planlaşdırır
Dünyanın ən böyük elektrik avtomobil akkumulyatorları istehsalçısı olan Çinin Contemporary "Amperex Technology" (CATL) şirkəti Honq-Konq Fond Birjasında listinqdə ən azı 31 milyard HK dolları (4 milyard ABŞ dolları) yığmağı planlaşdırır. 
 
Valyuta.az xəbər verir ki, bu barədə bu gün birjaya təqdim edilən sənədlərdə bildirilib. Bu, ilin əvvəlindən bəri dünyada ən böyük yerləşdirmə olacaq.
 
CATL qiymətli kağızlarının alqı-satqısı mayın 20-də başlayacaq. Şirkət bildirib ki, təklif üçün maksimum qiyməti 263 HK$ (34 dollar) olmaqla 117,9 milyon səhm satmağı planlaşdırır. SPO-da səhmlərin yekun qiyməti mayın 19-dan gec olmayaraq elan ediləcək. Yerləşdirməyə 20-yə yaxın institusional investor, o cümlədən Çinin "Sinopec" neft-qaz şirkəti, "Hillhouse Capital" investisiya fondu və Küveytin suveren fondu Küveyt İnvestisiya Fondu da daxil olmaqla, şirkətin səhmlərini 2,6 milyard dollara almağı planlaşdırır.
 
CATL səhmləri bu gün Şenzen Fond Birjasında 3,5% bahalaşıb.








Redaktorun seçimi