"Apple" ABŞ-a "iPhone" dolu beş təyyarə yollayıb

Hit: 764
"Apple" ABŞ-a "iPhone" dolu beş təyyarə yollayıb
"Apple" şirkəti martın sonunda üç gün ərzində Hindistandan ABŞ-yə "iPhone" və digər qadcetlərlə dolu beş təyyarə yollayıb.
 
“İki sahil” "The Times of India" qəzetinə istinadla xəbər verir ki, bununla da şirkət ABŞ Prezidenti Donald Trampın idxal tariflərinin tətbiq edilməsindən əvvəl ehtiyatlarını artırmağa çalışıb.
 
Nəşrin mənbələri, həmçinin bildiriblər ki, "Apple" Çindəki ehtiyatlarını da ABŞ-a daşıyıb.
 
Onların sözlərinə görə, şirkət tariflərə rəğmən, qiymətləri artırmağı hələ planlaşdırmır.








Redaktorun seçimi