Mask tezliklə Ağ evdəki vəzifəsindən gedəcək

Hit: 642
Mask tezliklə Ağ evdəki vəzifəsindən gedəcək
ABŞ Prezidenti Donald Tramp müşavirlərinə İlon Maskın administrasiyadakı hazırkı vəzifəsindən gedə biləcəyini deyib.
 
Bu barədə ABŞ mediası mənbəyə istinadla məlumat verib. Onun yaxın həftələrdə indiki vəzifəsindən ayrılacağı bildirilir.
 
Qeyd olunur ki, Prezident Mask və onun Hökumətin Səmərəliliyi Departamentinin fəaliyyətindən məmnundur, lakin hər ikisi Maskın öz bizneslərinə qayıtması və dəstəkləyici rolunu davam etdirməsi barədə ortaq fikrə sahibdirlər.
 
Mask hökumət tərəfindən "xüsusi dövlət işçisi" kimi işə götürüldüyündən onun təyinatı 130 gündən çox olmamalıdır. Onun səlahiyyət müddəti mayın sonunda bitir. Daha əvvəl Ağ evin onu saxlamaq və ya iş statusunu hansısa şəkildə uzatmaq üçün addımlar atacağı ehtimal edilirdi.








Redaktorun seçimi