“Təyyarə qəzasına səbəb Rusiya raketi olub”
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raket olub”.
Bu barədə məlumatı Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən “Euronews” yayıb.
Mənbə bildirib ki, raket Qroznı üzərində pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduğu zaman buraxılıb.
Qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən buraxılan raket hava gəmisinin yaxınlığında partladıqda qəlpələri təyyarəni zədələyib. (Qafqazinfo)