Göyərçinləri yemləyənlər cərimələnəcək - QADAĞA

Hit: 2748
Göyərçinləri yemləyənlər cərimələnəcək - QADAĞA
Honq-Konqda göyərçinlərə yem vermək qadağandır. Bu qadağanın pozulmasına görə 12800 ABŞ dolları məbləğində cərimə tətbiq edilir.
 
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
 
Qeyd olunur ki, yerli hakimiyyət cərimənin məbləğini 10 dəfə artırıb. Yeni reqlament avqustun 1-dən qüvvəyə minib. İlk reaksiyalar artıq Honq-Konq sakinlərindən gəlib, ona görə də şəhərdə vəhşi göyərçinlərin sayı xeyli azalıb.
 
Honq-Konqda vəhşi göyərçinlərin toplaşdığı 17 yer var ki, bu da həmin yerlərin sanitar vəziyyətini xeyli pisləşdirir.








Redaktorun seçimi