Dünyada ərzaq qiymətləri artıb - FAO açıqladı

Hit: 2117
Dünyada ərzaq qiymətləri artıb - FAO açıqladı
Dünya ərzaq qiymətləri indeksi 2024-cü ilin may ayının sonunda aprel ayı ilə müqayisədə 0,9 faiz artaraq 120,4 bəndə çatıb.
 
BAKU.WS xəbər verir ki, bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.
 
Qeyd olunur ki, indeksdə artım daha çox taxılın və süd məhsullarının bahalaşması fonunda baş verib.
 
Eyni zamanda, ətin qiymət indeksi, analitiklərin qeyd etdiyi kimi, may ayında faktiki olaraq dəyişməz qalıb.
 
Mart ayından etibarən dünya ərzaq qiymətləri indeksi ümumilikdə 2,1 bənd artıb.
Şəkər və bitki yağının qiymət indeksi isə 7,5 faiz və 2,4 faiz azalıb.
 
FAO qlobal ərzaq qiymətləri indeksinin ardıcıl üçüncü aydır artdığını vurğulayır.Eyni zamanda, may ayı üzrə göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz, 2022-ci ilin martında əldə edilən maksimum 160,2 baldan isə 24,9 faiz az olub.
 
FAO vurğulayır ki, qlobal ərzaq qiymətləri indeksi artıq üçüncü aydır ki, artmaqdadır.








Redaktorun seçimi