Yer kürəsində maqnit fırtınaları gözlənilir

Hit: 3131
Yer kürəsində maqnit fırtınaları gözlənilir
Rusiya Tətbiqi Geofizika İnstitutundan verilən məlumata görə, alimlər cümə axşamı Günəşdə güclü partlayış qeydə alıblar.
 
Teleqraf.com xəbər verir ki, partlayış 35 dəqiqə davam edib və HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunub. Partlayışdan sonra institutun kosmik hava şəraitinin monitorinqinə əsasən, Günəşin rentgen şüalarının Yer kürəsinin ionosferinə təsir səviyyəsi beş ballıq şkala ilə R2 (orta) səviyyəsində olub.
 
Qeyd edək ki, iyunun 3-dən iyunun 5-dək alimlər daha səkkiz analoji sinfə aid (M) partlayış qeydə alıblar.
 
Xatırladaq ki, Günəş partlayışları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A (minimum), B, C, M və X (maksimum). Partlayışlar adətən Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların təsirləri Yerə çataraq maqnit fırtınalarına səbəb ola bilər.








Redaktorun seçimi