Siiçovul hepatitinə onlarla yoluxma halı qeydə alınıb

Hit: 1841
Siiçovul hepatitinə onlarla yoluxma halı qeydə alınıb
İspaniyalı tədqiqatçılar yeni və sirli bir xəstəliyə - siçovul hepatiti sayılan E virusuna (Rocahepevirus ratti) onlarla yoluxma halı aşkar ediblər.
 
Bu barədə “El Pais” qəzeti məlumat yayıb.
 
Nəşrin yazdığına görə, bu virus ilk dəfə Almaniyada 2010-cu ildə aşkarlanıb. İnsanın bu virusa yoluxa bilməyəcəyi güman edilsə də, 2018-ci ildə Honq Konqda bir nəfərdə bu infeksiyaya rast gəlinib.
 
“10 xəstəxanada 250-dən artıq kəskin hepatit xəstəsinin 40-dan çoxunun nümunələrini analiz edərək, bu qrupda yayılmanın 14 faiz olduğunu müşahidə etmişik. Onlar immuniteti zəif olan xəstələr və immunokompetent insanlardır” – deyə Kordovadakı Maymonides Biotibbi Tədqiqatlar İnstitutunda hepatit üzrə ixtisaslaşmış tədqiqatçı Rivero Xuarez bildirib.
 
Onun sözlərinə görə, şəhər siçovullarının təxminən 30 faizi virusun daşıyıcısıdır. Bu virusun insanlara necə ötürüldüyü dəqiq bilinməsə də, iki fərziyyə mövcuddur. Birinci fərziyyəyə görə, heyvanlar virusu nəcis və çox güman ki, sidik yolu ilə ifraz edir və beləliklə insanların təmasda olduğu qidaları, mayeləri, səthləri və alətləri çirkləndirir. İkinci ehtimala görə isə simptomsuz şəkildə evdə bu infeksiyanı yayan başqa bir heyvan növü mövcuddur.








Redaktorun seçimi