“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Hit: 2736
“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb
2024-cü ilin ilk rübündə Cənubi Koreyanın “Samsung Electronics” korporasiyasının əməliyyat gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 10 dəfə artaraq 4,8 milyard dollara yüksəlib.
 
Kompaniyanın ümumi gəliri “Galaxy S24” smartfonlarının kütləvi satışı və yaddaş çiplərinin bahalaşması sayəsində 71,9 trilyon vona (52 milyard dollara) çatıb.
 
2023-cü ilin birinci rübündə “Samsung Electronics” kompaniyasının əməliyyat gəliri 463 milyon dollar təşkil etmişdi. Şirkətin yarımkeçirici bölməsi 2022-ci ilin dördüncü rübündən bəri ilk dəfə mənfəət gətirə bilib.
 
Analitiklər cari ilin ikinci rübündə də biznes şəraitinin müsbət qalacağını gözləyir. Ekspertlərin fikrincə, makroiqtisadi tendensiyalar və geosiyasi məsələlərlə bağlı dəyişkənliyə baxmayaraq, generativ süni intellektə tələb azalmayacaq.








Redaktorun seçimi