“Həmas durduğu yerdə hücum etmir, Fələstin 56 ildir işğal altındadır” – - BMT-nin baş katibi

Hit: 2577
“Həmas durduğu yerdə hücum etmir, Fələstin 56 ildir işğal altındadır” – - BMT-nin baş katibi
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres, "Qəzzada açıq şəkildə şahidi olduğumuz beynəlxalq humanitar hüququn pozulmasından dərin narahatam" deyib.
 
Hafta.az-ın yazdığına görə, Quterreş BMT Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli İsrail-Fələstin sessiyasında çıxış edib. Yaxın Şərqdəki vəziyyətin “hər saat” daha da pisləşdiyinə diqqət çəkən Quterreş, “Qəzzada müharibə getdikcə şiddətlənir və bölgəyə yayılma riski artır” deyə xəbərdarlıq edib.
 
Oktyabrın 7-də Həmas-ın İsraildə həyata keçirdiyi hücumları pislədiyini bildirən Quterreş deyib: "Ancaq biz onu da bilməliyik ki, Həmas-ın hücumları təsadüfən baş vermir. Fələstin xalqı 56 ildir ki, boğucu işğala məruz qalıb. Torpaqlarının mərhələ-mərhələ yaşayış məntəqələri və zorakılıqlarla zəbt edilməsinin şahidi olurlar. Fələstin xalqı zəbt edilib və işğal altındadır. İqtisadiyyatları dağıdılıb, insanlar didərgin düşüb, evləri yerlə-yeksan edilib. Onların imanı yox olmağa başlayıb”.
 
Sözügedən vəziyyətin Həmas-ın hücumlarına haqq qazandıra bilməyəcəyinə diqqət çəkən Quterreş, "Amma Həmas-ın dəhşətli hücumları Fələstin xalqına qarşı kollektiv cəzaya haqq qazandıra bilməz. Buna baxmayaraq, unutmayaq ki, müharibələrin də qaydaları var" deyib.
 
İsrail qüvvələrinin Qəzzanı amansız bombardman etməsinin böyük mülki itkilərə və bütün məhəllələrin dağıdılmasına səbəb olduğunu bildirən Quterreş, "Vəziyyət çox qorxuludur" deyə əlavə edib.
 
BMT-nin Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) 35 həmkarını itirdiyini bildirən Quterreş buna səbəb olan hücumları pisləyib.
 
Silahlı qarşıdurmada mülki şəxslərin qorunmasının böyük əhəmiyyət daşıdığına diqqət çəkən Quterreş, "Mülki insanları qorumaq, onlardan qalxan kimi istifadə etmək demək deyil. Mülki insanları qorumaq, 1 milyon insanın sığınacaq olmayan cənuba getməyə məcbur edilməsi demək deyil. Qəzzada açıqdır. Bu və ya digər şəkildə şahidi olduğumuz beynəlxalq humanitar hüququn pozulmasından dərin narahatam” deyib.
 
Gərgin səylər nəticəsində Qəzzaya az miqdarda humanitar yardımın girməyə başladığını ifadə edən Quterreş bildirib ki, çatdırılan yardım dəniz qədər köməyə ehtiyac duyulan yerdə bir damla suya bərabərdir.








Redaktorun seçimi