2100-cü ilə qədər pinqvin koloniyalarının 90 faizi yox ola bilər

Hit: 700
2100-cü ilə qədər pinqvin koloniyalarının 90 faizi yox ola bilər
Qlobal istiləşmə davam edərsə, 2100-cü ilə qədər imperator pinqvin koloniyalarının 90 faizi yox olacaq.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya Antarktika Tədqiqatları İnstitutu (BAS) məlumat yayıb.
 
BAS-ın verdiyi açıqlamaya görə, qlobal istiləşmə nəticəsində buzlaqların yoxa çıxması Antarktidada yaşayan imperator pinqvin növlərini təhdid edir.
 
Bellinqshauzen dənizindəki buzlaqların 2022-ci ilin noyabrında tamamilə yoxa çıxdığı vurğulanan açıqlamada, 62 imperator pinqvin koloniyasının yüzdə 30-unun buzlaq əriməsindən zərər çəkdiyi vurğulanıb.
 
İmperator pinqvin populyasiyasının təkcə ovçuluq və balıqların yox olması kimi amillərdən deyil, qlobal istiləşmədən də zərər çəkdiyi vurğulanıb: “Mövcud istiləşmə şərtləri davam edərsə, 2100-cü ilə qədər imperator pinqvin koloniyalarının yüzdə doxsanı yox olacaq”, -deyə qeyd olunub.
 
Son aylarda buzların yavaş əmələ gəlməsi o deməkdir ki, pinqvin koloniyaları azı bir il nəsil artıra bilməyəcək.
 
İndi nəsli kəsilməkdə olan heyvanların siyahısına daxil olan Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) imperator pinqvinlərini “Təhlükə altında olan” kimi təsnif edir.








Redaktorun seçimi