Dünyanın ən zəngin adamları birgə nahar edəcəklər

Hit: 2810
Dünyanın ən zəngin adamları birgə nahar edəcəklər
Dünyanın ən zəngin adamları “Tesla”, “SpaceX”in qurucusu İlon Mask və LVMH-nin prezidenti Bernar Arno birgə nahar təşkil edəcəklər.
 
Onların görüşü Parisdə IT konfransı çərçivəsində baş tutacaq. “Twitter”in sahibi “Viva Technology” konfransında spikerlərdən biri olacaq.
 
O da vurğulanır ki, qeyri-rəsmi naharda fransalı milyarderin oğlu Antuan da iştirak edəcək.
 
 
Xatırladaq ki, iyun ayında Mask yenidən dünyanın ən varlı adamları siyahısına başçılıq edir. O vaxt onun sərvəti 192,3 milyard dollar qiymətləndirilirdi. O, bu siyahıda aktivləri 186,6 milyard dollar dəyərində qiymətləndirilən Arnonu əvəzləyib.

Oxu.az








Redaktorun seçimi