Türkiyənin Togg avtomobilinin qiyməti məlum oldu

Hit: 2074
Türkiyənin Togg avtomobilinin qiyməti məlum oldu
Türkiyənin Togg avtomobilinin qiyməti məlum oldu
 
Türkiyənin Türkiyənin elektrikli və yerli avtomobili Togg-un qiyməti açıqlanıb. 
 
Marja.az Togg-un yaydığı məlumata istinadən xəbər verir ki, 16-27 Mart tarixlərində Trumore rəqəmsal platforması və Togg internet saytında ön sifariş veriləcək Togg T10X modelinin qiyməti 953 min Türk Lirəsindən (cari məzənnə ilə 85 min 389 manat) başlayacaq.
 
Markanın "T10X" modelinin "V1 RWD" baza versiyasının qiyməti 953 min TL-yə (85 min 389 manat) satılacaq. "V2 RWD" versiyasının qiyməti 1 milyon 55 min TL (94 min 528 manat) olacaq. "V2 RWD" uzun mənzilli versiyasının qiyməti isə 1 milyon 215 min TL (108 min 864 manat) olaraq müəyyən edilib.
 
T10X istifadəçilərə iki batareya variantı ilə təklif olunacaq.
 
160 kW / 218 at gücü və 350 Nm hasil edən T10X RWD (arxa ötürücü), iki fərqli akkumulyator variantı ilə 314 və 523 kilometr məsafə qət edə bilir. 








Redaktorun seçimi