“Palmali Holding” Türkiyəyə - 10 milyon TL dəyərində yardım edib

Hit: 2219
“Palmali Holding” Türkiyəyə - 10 milyon TL dəyərində yardım edib
Mübariz Mənsimovun sahibi olduğu şirkət Türkiyədə təbii fəlakət nəticəsində zərər çəkmiş insanlara yardım edib.
 
Şirkətdən Faktor.az-a verilən məlumatda deyilir ki, “Palmali Holding” təbii fəlakət zonasına 10.000.000 TL dəyərində növbəti yardımı bu gün yola salıb. Yardım qutularına ən zəruri əşyalar daxildir: böyüklər və uşaqlar üçün isti geyimlər, çadırlar, yorğanlar, yastıqlar, yuxu tulumları, isidicilər, birdəfəlik qablar, quru qida, uşaq bezləri və yeməkləri, təmizlik və gigiyenik məhsullar. Bundan əlavə, zəlzələdən ziyan çəkmiş 3 şəhərdə şirkətin göndərdiyi aşpazlar mobil mətbəxlərdə yemək bişirərək insanlara paylayacaqlar. Eyni zamanda qeyd etmək lazımdır ki, “Palmali Holding”in işciləri bir aylıq maaşlarını zəlzələdən zərər çəkənlərə yardım işlərinə bağışlayıblar.
 
Həmçinin tələbələrimizin təxliyəsini təşkil etmək və vətəndaşlarımızın problemlərini həll etmək məqsədilə şirkətin əməkdaşları səfərbər olunublar.








Redaktorun seçimi