Putin: "MDB üzvləri arasında da fikir ayrılıqları yaranır"

Hit: 1810
Putin: "MDB üzvləri arasında da fikir ayrılıqları yaranır"
"MDB məkanında çağırışlar, təhlükəsizlik təhdidləri və fikir ayrılıqları artır, lakin əsas odur ki, birlik ölkələri əməkdaşlığa hazırdır".
 
News24.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammitinin açılışında deyib. 
 
"MDB ölkələri arasında əməkdaşlığın əsas istiqaməti ümumi Avrasiya regionunda təhlükəsizliyin və sabitliyin qorunmasıdır. Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır"- deyə Vladimir Putin qeyd edib. 
 
Rusiya prezidenti çxışını bu sözlərlə davam etdirib:"Təəssüflə etiraf etməliyik ki, birliyə üzv olan dövlətlər arasında da fikir ayrılıqları yaranır. Əsas odur ki, biz əməkdaşlığa hazırıq və edəcəyik. Hər hansı problemli məsələ ortaya çıxsa belə, biz onları özümüz həll etməyə çalışırıq - birlikdə, birgə, bir-birimizə yoldaşcasına yardım və vasitəçilik fəaliyyəti göstəririk". /TASS/








Redaktorun seçimi