Son həftədə dünyada koronavirusa yoluxma halları 24% azalıb

Hit: 8777
Son həftədə dünyada koronavirusa yoluxma halları 24% azalıb
Son bir həftə ərzində 5,4 milyondan çox insan koronavirusa yoluxub, 15 mindən çox insan virusun yaratdığı fəsaddan dünyasını dəyişib.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
 
Qeyd olunub ki, əvvəlki 7 günlə müqayisədə yoluxanların sayı 24%, ölənlərin sayı isə 6% azalıb. Yeddi gün ərzində ÜST 5 460 641 yoluxma və 15 072 ölüm barədə məlumat alıb.
 
Xəstəliyin xüsusilə əhəmiyyətli azalması Avropa (-38%), Afrika (-38%) və Şərqi Aralıq dənizində (-30%) qeydə alınıb.
 
Bir həftə ərzində ən çox yoluxma Yaponiyada (1,395,301), Koreya (866,830), ABŞ (679,653), Almaniya (271,277) və İtaliyada (193,305) qeydə alınıb.








Redaktorun seçimi