Küveyt altı ildən sonra İrana səfir təyin edib

Hit: 7911
Küveyt altı ildən sonra İrana səfir təyin edib
Küveyt altı ildən sonra İrana səfir təyin edib.
 
Bu barədə “Report” İran Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
 
Qeyd olunub ki, səfir Bader Abdullah Əl-Munaih Tehranda etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmir Əmirabdullahiana təqdim edib.
 
Bu addım Səudiyyə Ərəbistanının İranla münasibətləri yaxşılaşdırmağa çalışdığı bir vaxta təsadüf edir.
 
Qeyd edək ki, 2016-ci ildə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsindən sonra Küveyt Tehrandakı səfirini geri çağırıb.








Redaktorun seçimi