Ukraynanın 22 milyon ton taxılı limanlarda qalıb

Hit: 5405
Ukraynanın 22 milyon ton taxılı limanlarda qalıb
"Rusiyanın blokadası nəticəsində Ukraynanın təxminən 22 milyon ton taxılı limanlarda qalıb".
 
Faktor.az xəbər verir ki, bunu Ukraynanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko deyib. Onun sözlərinə görə, Rusiya ordusu dəniz ərazilərini minalayıb, Odessa və Qara dənizdəki digər sahil şəhərlərinin müdafiəsini yarmağa çalışır.
 
Onun sözlərinə görə, Ukrayna tərəfdaş ölkələrlə BMT-nin himayəsi altında Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı üçün dəniz marşrutlarının fəaliyyətini öz üzərinə götürəcək beynəlxalq missiyanın yaradılması yollarını müzakirə edir. "İlk addım kimi Rusiya öz qüvvələrini Ukraynanın ərazi sularından çıxarmalı, limanlara və ticarət karvanlarına hücumlara qarşı təhlükəsizlik zəmanəti verməlidir".








Redaktorun seçimi