Ukrayna Rusiyanın itkilərini açıqlayıb

Hit: 5129
Ukrayna Rusiyanın itkilərini açıqlayıb
Ukrayna Rusiyanın itkilərini açıqlayıb.
 
Faktor.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Qanna Malyar "Facebook"da paylaşım edib.
 
Onun sözlərinə görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiyanın qüvvələrinin 29 təyyarəsi, 29 vertolyotu, 191 tankı, 816 zirehli döyüş maşını, 74 topu,1 "BUK" zenit-raket kompleksi, 21 "Qrad" qurğusu, 291 avtomobil texnikası, 60 sisterna, 3 dronu, 2 gəmi / qayığı, 5 hava hücumundan müdafiə texnikası məhv edilib.
 
O, Rusiya tərəfinin 5300 nəfər canlı qüvvənin itirdiyini bildirib.
 
Ukraynanın müdafiə rəsmisi bu məlumatın ilkin xarakter daşıdığını və hələ də hesablamaların aparıldığını bildirib.








Redaktorun seçimi