Yerevanda ilkin toqquşmalar başladı

Hit: 1282
Yerevanda ilkin toqquşmalar başladı
Paşinyan bütün hərbçiləri xidmətini davam etdirməyə və ölkənin təhlükəsizliyini təmin etməyə çağırıb.
 
Axar.az xəbər verir ki, o, ordunun siyasi proseslərdə iştirakının qəbuledilməz olduğunu bildirib.
 
Baş nazir böhranın öhdəsindən konstitusiya ilə gəlinəcəyini deyib. Paşinyan, tezliklə, yeni Baş Qərargah rəisi və və müavinlərinin təyin ediləcəyini də bildirib.
 
Bu arada, Mənim Addımım Blokunun parlamentdəki fraksiyası təcili iclas çağırıb.
 
İclasda Baş Qərargahın bəyanatı müzakirə ediləcək.
 
Bununla belə iclasdan öncə parlamentin spikeri Paşinyanla görüşdə olub. O, Paşinyanın canlı çıxışından sonra hökumət binasını tərk edib.
 
Mənim Addımım Blokundan olan deputat Andranik Köçəryan isə Onik Qasparyanın Paşinyanı istefaya səsləyən bəyanatının ordudakı keçiriləcək reformlarla bağlı olduğunu bildirib.
 
İclas fonunda artıq Respublika meydanına Paşinyanın tərəfdarları və əleyhdarları toplaşmağa başlayıb. Onlar arasında mübahisələrin yarandığı vurğulanıb.








Redaktorun seçimi