Millimizdən tarixi oyun - Ya tamam, ya davam

Hit: 1383
Millimizdən tarixi oyun - Ya tamam, ya davam

 

Kolumbiyada təşkil olunan futzal üzrə dünya çempionatında bu gecə qrup mərhələsi başa çatacaq.

Faktor.az-ın məlumatına görə, Azərbaycan yığması qrupdakı son görüşündə İranla qarşılaşacaq. Asiya çempionu ilə matç futzalçılarımız üçün həlledici önəm daşıyır.

2 turdan sonra qrup ikincisi olan yığmamızı İranla oyunda heç-heçə də qane edir. Rəqibinə uduzmayacağı halda, millimiz tarixi uğura imza ataraq qrup ikincisi kimi 1/8 finala yüksələcək. Bu mərhələdə yığmamızın rəqibi Tailand olacaq.

İrana uduzacağı halda isə futzalçılarımız qrup üçüncüsü kimi 1/8 finala yüksələ bilərlər. Lakin bu zaman millimiz daha güclü rəqib, ya Braziliya, ya da İtaliya ilə görüşəcək.

DÇ-2016 Futzal

Qrup mərhələsi

3-cü tur

03:00 Azərbaycan - İran

Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)

Medelin. “Coliseo Ivan de Bedout”








Redaktorun seçimi