Yenə də ən yaxşı - O, seçildi

Hit: 902
Yenə də ən yaxşı - O, seçildi

 

UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb.

Faktor.az qurum rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Barselona”nın argentinalı hücumçusu Lionel Messi layiq görülüb.

UEFA-nın keçirdiyi sorğuda 29 yaşlı futbolçu bütün rəqiblərini qabaqlayıb. Messi azarkeşlərin 38 faiz səsini toplayıb. O, ən yaxın izləyiciləri “Bavariya”lı Coşua Kimmix (27 faiz) və “Lester”li Riyad Mahrezi (15 faiz) qabaqlayıb. İlk “beşlik”də Arkadiuş Milik (“Napoli”, 9 faiz) və Serxio Aquero (“Mançester Siti”, 6 faiz) da yer alıb. 

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turundakı “Seltik”lə qarşılaşmada Messi aktivinə 3 qol və 1 assist yazdıraraq, komandasının 7:0 hesablı qələbəsində mühüm rol oynayıb. 









Redaktorun seçimi