Türkiyədə xain damğası vurulan Hakan Şükür - ABŞ-da işləməyə başladı

Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş hücumçusu Hakan Şükür özünə yeni iş yeri tapıb.
Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş hücumçu bundan sonra ABŞ-ın Texas ştatının Stenford şəhərində yerləşən Şimali Amerika Universitetində gənclərə futbol dərsləri verəcək.
Xatırladaq ki, bu ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ qruplaşmasıyla yaxın olduğu deyilən Hakan Şükür barəsində vətənində həbs qərarı çıxarılıb. Təşkilata maddi dəstək verdiyi deyilən sabiq hücumçunun atası isə hazırda həbsdədi.
Hakan Şükürün hazırda çalışdığı universitetin rektoru Recay Peq Pecen bir müddət öncə şəxsi “tvitter” hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə statuslar yazmışdı.


