“İnter”in yeni baş məşqçisi məlum oldu

Hit: 271
“İnter”in yeni baş məşqçisi məlum oldu

Bir neçə gün öncə baş məşqçisi Frank de Buru istefaya göndərən “İnter”in yeni çalışdırıcısı bəlli olub.

Faktor.az xəbər verir ki, “neradzurra”nın “sükanı” Stefano Pioliyə etibar olunub. Bu barədə məlumatı Milan klubunun saytı yayıb. 51 yaşlı mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.

Piolinin son klubu “Latsio” olub. İtalyan mütəxəssis Roma təmsilçisindən ötən mövsümün gedişində ayrılıb.

Qeyd edək ki, 12 turdan sonra hesabında 17 xal olan “İnter” 9-cu pillədə qərarlaşıb.









Redaktorun seçimi