5-ci “Marsol Zəfər Kuboku” intellektual yarışı baş tutdu
Marsol Academy və İCMA-nın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 5-ci “Marsol Zəfər Kuboku” intellektual yarışı baş tutdu.
Yarışda Marsol Group partnyoru olan 17 şirkətin təmsil olunduğu komanda, ümumilikdə 100-dən çox şirkət nümayəndəsi bilik və məntiq mübarizəsində güclərini sınadı.
Tədbirin açılış mərasimində Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli və millət vəkili Vüqar İskəndərovla birgə çıxış edərək iştirakçılara uğurlar arzuladıq və bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Maraqlı və dinamik mühitdə keçən yarışmanın qalibi “Birbank Biznes” komandası oldu.
İkinci yerə “Paşa Life”, üçüncü yerə isə “Roof Academic Training” komandası layiq görüldü. Qaliblər diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olundular.










































































