“Zəfər Günü”nə həsr olunan silsilə tədbirlər çərçivəsində cüdo üzrə Region turniri keçirilib

Hit: 179
“Zəfər Günü”nə həsr olunan silsilə tədbirlər çərçivəsində cüdo üzrə Region turniri keçirilib
01-02 noyabr 2026-cı il tarixlərində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “Zəfər Günü”nə həsr olunan silsilə tədbirlər çərçivəsində yeniyetmə oğlanlar və qızlar arasında cüdo üzrə Region turniri keçirilib.
 
Tədbirdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun müdiri Araz Əhmədov,  Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev, sektorun digər əməkdaşları, məşqçi müəllimlər və idmançılar iştirak edib.
 
İlk olaraq Ümummili liderimiz Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himnimiz səsləndirilib.
 
Turnirdə müxtəlif rayon və şəhərlər üzrə fəaliyyət göstərən klubların 107 nəfər idmançısı iştirak edib. Yarışın baş hakimi cüdo üzrə respublika dərəcəli hakim Vüsal Əliyev olub.
 
Turnirin keçirilməsində əsas məqsəd Zəfər Gününün tarixi əhəmiyyətini təbliğ etmək, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin gənc nəsil tərəfindən unudulmamasına töhfə vermək, idmançılar arasında vətənpərvərlik ruhunu yüksəltmək, cüdo idman növünün inkişafını dəstəkləmək və perspektivli idmançıları müəyyən etməkdir.
 
Sonda qaliblər diplom və müvafiq medallarla təltif olunub.






Redaktorun seçimi